16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
İrəvana “dinc döyüşçülər” gəlir – Petrovdan sensasiya
Əgər əvvəlki missiya iki ay davam edirdisə və onun iştirakçıları Ermənistanla Azərbaycan sərhədində baş verən hadisələri izləməli idilərsə, indi avropalı missionerlər iki il qalmaq və bütün Ermənistan ərazisində baş verənləri müşahidə etmək üçün gələcəklər.
Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov AB-nin xarici işlər nazirlərinin Ermənistana yeni müşahidə missiyası göndərməsi barədə qərarını şərh edərkən deyib.
O bildirib ki, Qərbin Cənubi Qafqaza qayıtmaq layihəsinin yeni mərhələsi, ilk növbədə, iki aylıq missiyanın əsl funksiyalarına işıq salmağa imkan verir:
“Təbii ki, bu, Ermənistanın Azərbaycan sərhədinin monitorinqinə həsr olunmayıb. Çünki onların fəaliyyəti zamanı erməni əsgərləri mütəmadi olaraq odlu silahla təxribatlar törədiblər, lakin onların heç biri fakt kimi qeydə alınmayıb. Qonşu Gürcüstandan Ermənistana gələn müşahidəçilər Abxaziya və Cənubi Osetiya sərhədlərində 14 ildir etdiklərini ötən ilin noyabr və dekabr aylarında da etdilər, yəni sadəcə prosesdə iştirakçı oldular. Onların mövcudluğunun həm məqsədi, həm də səbəbi var idi. Məqsəd ötən ilin oktyabrına qədər belə strukturların mövcud olmadığı Ermənistan ərazisində Avropa missiyası institutunun yaradılmasıdır. Səbəb AB-nin Azərbaycanı öz geosiyasi kampaniyasına cəlb etmək istəyidir. Ermənistan Qərbin regiona qayıdışı üçün məqbul başlanğıcdır, lakin təkcə Ermənistan onun üçün hələ də kifayət deyil: İrəvan nə qədər Qərbin protektoratı altına girməyə çalışsa da, İrəvan hakimiyyətinin Brüsselə təklif edə biləcəyi heç nə yoxdur.
Azərbaycanla isə iqtisadi əməkdaşlığın faydaları var. Məhz bu məqsəd və səbəblərə görə AB-nin müşahidəçisi iki ay sərhəddə dayandı, amma nə Bakının xoşuna gəlməyəcək bəyanatlar verdi, nə də İrəvanın”.
Analitikin sözlərinə görə, müstəqil xarici siyasət yürüdən Azərbaycan bu missiyanın öz torpağında genişlənməsinə ilkin olaraq razılıq vermədi:
“Sözügedən missiya Azərbaycan torpağında “sadəcə dayanmaq” istədiyini desə də, respublikanın suverenliyini faktiki məhdudlaşdıran əcnəbilər Bakıya lazım deyil. İki aydır ki, Azərbaycan hakimiyyətinin mövqeyində heç nə dəyişməyib, ona görə də Brüssel AB-ni enerji resursları ilə təmin edən Azərbaycanla qarşılıqlı faydalı iqtisadi əlaqələri saxlayaraq siyasi cəhətdən tamamilə İrəvana keçid etdi.
Mövzu ilə bağlı məlum olan isə budur ki, avropalılar İrəvandan müşahidəçilər ilə Gümrüdəki 102-ci hərbi bazanın hərbçiləri, o cümlədən Türkiyə və İran sərhədindəki rus sərhədçilər arasında baş verə biləcək insidentlərin həllini öz üzərinə götürməsini tələb edirlər. Tələb etmək belə hansısa hadisələrin baş verəcəyini gözləmək deməkdir, ona görə də missiya üzvləri rus əsgərlərin və FTX zabitlərinin harada olduqlarını “izləyəcək”. Deməli, söhbət ümumiyyətlə “dinc müşahidə missiyası”ndan yox, Cənubi Qafqaz regionu üçün daha problemli bir prosesdən gedir".
Petrovun sözlərinə görə, AB-nin Ermənistandakı Monitorinq İnstitutu missiya bəhanəsi ilə Cənubi Qafqaza, yəni Ermənistan ərazisinə hərbi texnika daşımaq üçün qapı yaradır:
“Missionerlərə hərbi təlimatçılar da daxil ola bilər. Dekabrın 12-dən başlayan eko-fəalların etiraz aksiyası sayəsində Laçın yolunun 9 (10) noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı pozan nəqliyyatın hərəkəti üçün bağlanmasını burada ancaq alqışlamaq olar. Fransa indi də Ermənistana silah və muzdlular daşıya biləcək, lakin Qarabağa yox. Demək olar ki, hazırda missiyanı hazırlayan avropalı rəsmiləri narahat edən Laçın yolunun silah və yaraqlılar üçün blokadaya alınmasıdır.
Brüsselin bir əli ilə Azərbaycandan qaz və neft almaq (və elektrik enerjisi idxalı da onlara tezliklə əlavə olunacaq), digər əli ilə Ermənistanı silahlandırmasında ziddiyyət yoxdurmu? Birincisi, Avropa bürokratiyası və ayrı-ayrı Avropa ölkələrinin hakimiyyət orqanları tamamilə fərqli strukturlardır. İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya Azərbaycan tədarüklərində maraqlıdır. Fransa isə nüfuzlu diaspor ucbatından erməni illüziyaları ilə eyni fikirdədir.
Avropa Komissiyası və Avropa Şurası Rusiya ilə geosiyasi qarşıdurmadan narahatdır. Formal olaraq bunların hamısı müttəfiqdir, amma reallıqda söhbət maraqların rəqabətindən və Avropadaxili mübarizədən gedir. İkincisi, AB formal olaraq Ermənistanla Azərbaycan arasında yeni müharibə təşkil etmək fikrində deyil. “Müşahidə missiyası” adı altında silahların, təlimatçıların və muzdluların çatdırılması İrəvanın Moskva ilə münasibətlərinin kəsilməsi deməkdir. Standart silah satıcısı məntiqi. Məhz bu vəziyyət Cənubi Qafqaz üçün ən böyük riskləri yaradır: AB öz ziddiyyətli maraqlarının tam spektrini həyata keçirərkən, region üçün mümkün nəticələrə əhəmiyyət vermir və bununla da dağıdıcı qüvvələri gücləndirir. İki il ərzində Ermənistana daxil olan AB sonrakı hadisələrə görə məsuliyyət daşımır, çünki missiya, sənədlərə əsasən, yalnız “müşahidə” edir.
Ermənistan Azərbaycanla sülh yolu ilə nizamlanmanı ləngitmək və qisas almağa hazırlaşmaq üçün bütün imkanlardan istifadə edəcək. Əgər avropalılar Ermənistan hakimiyyətinə “sizə istədiyinizi verəcəyik, gəlin sizin torpağınızda dayanaq” sözləri ilə getsələr, bu, İrəvanda köhnə illüziyaları bərpa etmək şansı kimi qəbul ediləcək. Buna görə də Cənubi Qafqaz sülh və sabitlikdən uzaqlaşacaq".
Bölməyə aid digər xəbərlər

Tarix: 24-01-2023, 16:00 Oxunub: 40
Bölməyə aid digər xəbərlər
19-01-2023, 13:22
Paşinyanın ANTİRUSİYA GEDİŞLƏRİ... - Bizə nə düşür?
28-10-2022, 11:22
ATƏT-in mandatsız "missiyası" və Bakının qəti mövqeyi - İNCƏLƏMƏ...
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
14-09-2022, 20:15
Erməni təxribatlarının arxasındakı supergüclər: Cənubi Qafqazı niyə xaosa sürükləyirlər
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 15:43
Şota Apxaidze: “Gürcüstan ərazisi erməni torpağı deyil” - MÜSAHİBƏ