16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Paşinyan NƏ İSTƏYİR: SAVAŞ YOXSA... - İNCƏLƏMƏ...
Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycanla aparılan danışıqlardan, sülh müzakirələrindən bəhs edib. Baş nazir vurğulayıb ki, Bakı sülh müqaviləsinin mətni ilə bağlı İrəvanın fevral ayının ortalarında göndərdiyi təklifə cavab verib. Paşinyan bildirib ki, 2-3 gün əvvəl Ermənistan Azərbaycandan cavab alıb:
“İrəliləyiş varmı? Qeyd etməliyəm ki, müəyyən irəliləyiş görürük”. Bununla belə, Paşinyan danışıqlarda irəlilədikcə, daha çox fundamental problemlərin ortaya çıxdığını iddia edib. Onun sözlərinə görə, 2020-ci ilin üçtərəfli bəyanatından fərqli olaraq, İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır: "Azərbaycanla imzalanacaq sülh müqaviləsi üçün zaminə ehtiyac var. Sülh müqaviləsinin zaminə ehtiyac var deyəndə, müqavilələrin yerinə yetirilməsi üçün təminatların olmasını nəzərdə tuturuq. Ola bilsin ki, hansısa mərhələdə bu məsələnin həlli olacaq və təklif irəli sürüləcək.
Bizim üçün vacib olan zamin institutu deyil, zəmanət institutudur". Paşinyan Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə razılıq olmadığını söyləyib. Praqa görüşünü Brüssel danışıqlarından daha effektli sayıb. Paşinyan həmçinin Praqa formatını genişləndirərək ABŞ və Almaniyanı da bu formata əlavə edə biləcəklərini qeyd edib: "Əgər Azərbaycan Fransanın Praqa formatında olmasından razı deyilsə, onu genişləndirmək, məsələn, Almaniya, ABŞ-ni dəvət etmək olar". Baş nazir yeni eskalasiya təhlükəsindən də danışıb: "Eskalasiya təhlükəsi realdır. Məhz mümkün eskalasiyanın qarşısını almaq, vəziyyəti izləmək üçün İrəvan avropalı müşahidəçilərdən ibarət missiya göndərməyi xahiş edib. Ermənistan Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərməyi təklif edir".
Dia.az-ın məlumatına görə, erməni baş nazirin ikibaşlı bəyanatlarını "Şərq"ə dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, İrəvan hökumətinin məqsədi heç də sülhün tezliklə imzalanması deyil. Deputatın sözlərinə görə, Paşinyanın nala-mıxa vurması göstərir ki, Ermənistan rəhbərliyi sülh müzakirələrində irəliləyiş tərəfdarı deyil və ona görə də qeyri-səmimi mövqe sərgiləyir:
"Paşinyanın məqsədi müzakirələr prosesini mümkün qədər uzatmaqdır. Bunu da ancaq müxtəlif bəhanələrlə etmək olar. Bir müddət öncə dedilər ki, sülhlə bağlı təkliflərini Bakıya göndəriblər, indi bildirirlər ki, Bakıdan cavab alıblar və s. Ancaq Azərbaycan tərəfi müharibədən sonra ən optimal təklifləri, 5 baza prinsiplərini İrəvana təqdim edib. Hətta İrəvandan müsbət reaksiya da gəlmişdi, lakin sonradan proses pozuldu. Paşinyan hökuməti Azərbaycan tərəfinin qəbul etməyəcəyini bilə-bilə qəsdən sərsəm təkliflər irəli sürdü. Ermənistanın vaxtı uzatmaqda məqsədi odur ki, onlara vəd verən, himayə edən Fransa və İran kimi dövlətlərə, ermənilər ağılda olan bəzi beynəlxalq qurumlara hələ də ümid bəsləyirlər. Zənn edirlər ki, dostları sayəsində yenə də güclənəcəklər və aldıqları hərbi dəstəklə yenidən Azərbaycan torpaqlarını işğal etmə şansı qazanacaqlar. Əsas problem odur ki, ermənilər hələ də xəstə, xam xəyallardan tam xilas olmayıblar. 44 günlük müharibədə aldıqları dərs onları ağıllandırmaq üçün kifayət etməyib. Dərk etmirlər ki, onları təhrik edən dövlətlər sadəcə öz maraqlarını güdürlər və kritik məqamda meydanı tək buraxacaqlar. Anlamırlar ki, bütün iddiaları ayaq altında qalmağa, boş xəyalları puç olmağa məhkumdur".
Parlament üzvü vurğulayıb ki, Ermənistana normal dildə nəyisə başa salmaq imkansızdır:
"İllərlə davam edən müzakirələrin, danışıqların nəticəsiz qalması bunun bariz isbatıdır. Müharibə və ondan sonrakı lokal əməliyyatlar göstərdi ki, ermənilər ancaq gücdən, hərbi təzyiqdən anlayırlar. "Donuz öz xoşuna darıdan çıxmırsa, onu zopalarla çıxartmaq lazımdır". Erməniləri qandırmaq üçün yenə də başlarını əzməliyik. Əmin olun, bizi çox gözəl başa düşəcəklər və biləcəklər ki, sülh yolunda konkret hansı addımları atmaq lazımdır. Ancaq indiki məqamda ermənilərin müharibə sevdasına düşməsi təkcə Qarabağdakı separatçı tör-töküntüləri təmizləməyəcək, həm də tarixi torpaqlarımızda qurulan "Ermənistan Respublikası"nın mövcudluğu məsələsini də sual altında qoyacaq".
Bölməyə aid digər xəbərlər

Tarix: 15-03-2023, 15:30 Oxunub: 88
Bölməyə aid digər xəbərlər
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
25-02-2023, 09:00
Bakı tezliklə Xankəndiyə nəzarəti bərpa edəcək: Cəmisi 24 saatlıq savaş mesajı verildi
24-02-2023, 15:00
“Moskva çalışır ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmasın” - FAKT BUDUR!
6-01-2023, 10:00
Paşinyan Rusiyadan “qaçış” yolunu tapıb: Kremli şantaj edir, Bakını isə savaşa çəkir
7-10-2022, 09:13
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib - YENİLƏNİB
6-08-2022, 09:30
Paşinyan Putini qınadı, Makronun “ətəyindən” tutdu: Əliyevin “dəmir yumruğu”ndan da qaça biləcəkmi…
2-04-2022, 10:30
Paşinyanın qorxduğu proses başladılır: Xankəndidən erməni silahlılar çıxarılacaq, Laçın dəhlizinə nəzarət olunacaq
18-11-2021, 10:00
Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
10-07-2020, 14:01
Vitali Arkov: “Ermənistan razılaşmaları yerinə yetirmir, daim vurnuxur” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI