16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Laçın postundan Vaşinqton masasına uzanan döyüş – Nə baş verir?

Blinkenin Əliyev və Paşinyana zəngi, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ABŞ-ın sülh sazişi təşəbbüsündə önə çıxdığını göstərir. Və diplomatik mənbələrə istinadən yayılan məlumatlar da tərəflərin sülh sazişi üzrə “yol xəritəsi” üzərində müzakirələr apardığı, razılaşmalar olarsa, yaxın dövrdə liderlər səviyyəsində müqavilənin imzalanacağı yönündədir.
Nə baş verir, sülh sazişi yaxın dövrdə mümkündürmü?
Vaşinqton görüş də daxil olmaqla baş verənlərə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması, xüsusilə Bakının bu gedişinin arxa planı fonunda baxmaq lazımdır.
Azərbaycan Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasını daim gündəmdə saxlayırdı, lakin rusların qarşı çıxması Bakını eyni nəticəyə hesablanmış taktiki dəyişikliyə vadar etdi: “Laçın yolunda nəzarət-keçid məntəqəsi” yox, “Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin” qurulması;
Bunun iki hədəfi var idi: Qarabağdan Ermənistana gedən əsas və əlavə yolların hamısının birləşdiyi nöqtəni bağlamaq; yolun sülhməramlıların dayandığı nöqtəsində yox, sərhəddə nəzarətə götürülməsi ilə rus maneəsini aşmaq;
Lakin bunun üçün Rusiyanı fakt qarşısında qoyacaq şərtlər yetişməli idi. Proseslər göstərirdi ki, Qarabağda separatçıların qanunsuz fəaliyyəti bu şərtlər üçün yetərli deyil və məhz bu məqamda İrəvanın Laçın yolunun Ermənistan sərhədinin başlanğıcında sərhəd-keçid məntəqəsi qurması məsələsi ortaya çıxdı, Azərbaycan dərhal adekvat addım atdı.
Ermənistan Qarabağ iddiasında nəfəslik kimi gördüyü “Laçın dəhlizi”nin girişinə niyə post qurdu?
Əslində prosesləri anlamaqda bu məqam xüsusilə önəmlidir, belə demək mümkünsə, İrəvan Bakıya “pas ötürdü” və bu “pas”ın təşəbbüskarı da ABŞ-dır.
Ermənistan Zəngəzur dəhlizinə, ABŞ regiona oynayır: sülh sazişi məsələsində Qərb və Ermənistanın birləşdiyi əsas nöqtə Zəngəzur dəhlizidir; İrəvan Ermənistan ərazisində “maneəsiz keçid” verməkdən imtina edir və “suveren hüquq” prinsipindən yanaşır; ABŞ Laçın yoluna nəzarət edən Rusiyanın Zəngəzur dəhlizinə də nəzarətinə qarşıdır;
Bu kontekstdə Laçın yoluna sərhəd-keçid məntəqəsinin qurulması İrəvana da, Vaşinqtona da sərfəli görünür: kommunkasiyanın açılması prosesində Ermənistan Zəngəzur dəhlizində eyni rejimi tətbiq etməsi imkanı əldə edir; ABŞ Rusiyanın hər iki yolda – Laçın və Zəngəzurda nəzarəti itirməsi, ümumilikdə bölgədə təsir rıçaqlarının azalmasına nail olur;
Laçın yolu ilə bağlı İrəvandan Bakıya ötürülən “pas” buna hesablanmışdı. Və beləliklə, Qərb masasında müzakirə edilən sülh sazişinin önündəki ciddi maneənin aradan qaldırıldığını, yaxın dövrdə mümkün sazişin imzalanması ehtimalının önə çıxdığını hesab etmək olar.
Hərçənd, iki əngəlin proseslərin inkişafına təsir etməsi gözləntisi də var.
Birincisi, Bakı və İrəvanın müəyyən məsələlərə yanaşmasıdır:
- Ermənistan Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi” üzərindən iddialarını davam etdirir;
ABŞ Bakı və erməni əhalisi arasında təmasların qurulmasından yanadır, amma erməni əhalisinin “təmsilçilərinin” kimin olacağı – separatçılar, yoxsa mülki ermənilər – məsələsi açıq olaraq qalmaqdadır. Bakı Xocalı görüşündən sonra separatçılarla erməni əhalisinin eyni olmadığını nümayiş etdirmək istiqamətində müəyyən addımlar atsa da, İrəvan onların “təmsilçi” – “tərəf” olmasına, bununla da “hüquqi münaqişə” məsələsini aktual saxlamağa çalışır.
Laçın yolunda postun qurulması ilə İrəvanın yaratdığı bu risk böyük ölçüdə neytrallaşdırıldı. Vaşinqton görüşündən öncə erməni əhalisinin pasportlarının postda heç bir problem olmadan yoxlanıldığına dair görüntülərin yayılması da Bakının “mülki əhali ilə birgəyaşayışın mümkün olduğunun” və “suveren ərazilərimizdə başqa planlara imkan verilməyəcəyinin” mesajı idi.
- Qarabağdakı erməni silahlı dəstələrinin çıxarılması;
10 noyabr razılaşmasında əksini tapan bu öhdəlik Ermənistan tərəfindən icra edilmir və İrəvan iddia edir ki, “Azərbaycan ərazisində erməni hərbçisi qalmayıb”, silahlılar separatçıların qondarma “müdafiə qoşunudur”.
- Delimitasiya prosesində Qazaxın 7 kəndi və Kərki kəndinin taleyinin həll edilməsi;
Vaşinqtonda müzakirə edilən “yol xəritəsi”nə Bakı tərəfindən bunun daxil edildiyi istisna deyil, məsələ Brüssel qarşısında da qaldırılıb. Paşinyan hakimiyyətinin razılaşacağı ehtimalı isə böyük deyil, bu baxımdan, bunun problemə çevriləcəyi gözləniləndir.
Bu məsələlər sülh sazişi müzakirələrində mübahisəli məqamlardır. Və mümkündür ki, Azərbaycan erməni qoşunlarının çıxarılması, separatçıların neytrallaşdırılması və anklavlar məsələsini “yol xəritəsi”nin müzakirəsi gedişində praktiki addımlarla həll etsin.
İkincisi, Rusiya ABŞ-ın təşəbbüsü qarşısında nələr edə bilər?
Moskva Vaşinqtondan sonra nazirlərin görüşünü təşkil etmək niyyətindədir. Rusiyanın təsiri nə qədər zəifləsə də, “sülhməramlı” timsalında Qarabağda mövcudluğu separatçılığın ləğvi, reinteqrasiya prosesi və erməni silahlı dəstələrinin çıxarılması kimi rıçaqları əlində saxlamaq imkanı verir və bundan Bakıya qarşı istifadə edə bilər. O cümlədən, 44 günlük müharibədən sonra Qazaxın anklav ərazisində rus qoşunlarının yerləşdirilməsi delimitasiya prosesinə müdaxilə imkanını da yaradır.
Lakin üçtərəfli razılaşmaların işləmədiyi, Laçın yoluna postun qurulması ilə de-fakto arxa plana keçməsi və bunun Qərbin bölgədə önə çıxmasına şərait yaratması fonunda Moskva “korrekt gedişi” edə bilər: Qarabağda Bakının hakimiyyətini tanıya, Zəngəzur dəhlizində İrəvanın istəklərinə uyğun ortaq nöqtələrin tapılması ilə bağlı təkliflər verə bilər;
Lavrovun sonuncu Ankara səfərində Qarabağ məsələsini müzakirə etməsi də rusların bölgədə müharibədən sonrakı situasiyanı – Türkiyə-Rusiya tandemini – yenidən aktuallaşdırmaq istəyindən xəbər verirdi. Və bütün bunların fonunda Çin amilinin geosiyasi mənzərədə aktivləşməsi proseslərin inkişafına təsir edə biləcək amildir.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-05-2023, 09:30 Oxunub: 72
Bölməyə aid digər xəbərlər
5-05-2023, 16:00
Bakı və İrəvanı yaxınlaşdıran “sirli əl”: İsraillə Misiri də o barışdırmışdı - Ekspert danışır
3-05-2023, 09:00
Ağ Evdə sülh, Kremldə savaş planları qurulur: Rusiya Qarabağda təxribat törədəcəyini anons etdi
1-05-2023, 11:38
Madər Musayev: Vətən sərhədlərinin bütövlüyü təmin olundu
24-04-2023, 10:06
Xankəndi əməliyyatı son mərhələyə keçdi: Əliyev erməni təlxəklərin "terror sirki"ni qapadır
28-02-2023, 15:30
Hədəf Laçının girişində sərhəd-keçid postudur: Bakı tələsir, Moskva ləngidir - İNCƏLƏMƏ...
2-11-2022, 15:30
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
18-08-2022, 09:40
Sərhəd Mühafizəsinin yaranmasından 103 il ötür
22-11-2021, 10:14
Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: SENSASİON DETALLAR - FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO