12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Rusiya və Ukrayna nümayəndə heyəti cümə günü İstanbula gedəcək

Rusiya və Ukrayna nümayəndə heyəti cümə günü İstanbula gedəcək


Taxıl təşəbbüsünün uzadılması ilə əlaqədar mayın 5-də Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin İstanbulda görüşü planlaşdırılır.

“Haber Global” xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar açıqlama verib.

“Görüş zamanı taxılçılıq təşəbbüsü başda olmaqla bəzi məsələlər müzakirə olunacaq. Ümid edirik ki, taxıl müqaviləsi pozulmadan davam edəcək. Çünki bu saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər vaxtın uzadılmasını səbirsizliklə gözləyirlər. Arzumuz bu təşəbbüsü problemsiz genişləndirməkdir”,- deyə o əlavə edib.

Tarix: 3-05-2023, 12:47 Oxunub: 30


Bölməyə aid digər xəbərlər