12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Azərbaycan açıq şəkildə genişmiqyaslı hücuma hazırlaşır – Ayvazyan qorxuya düşüb

Azərbaycan açıq şəkildə genişmiqyaslı hücuma hazırlaşır – Ayvazyan qorxuya düşüb


Azərbaycan açıq şəkildə genişmiqyaslı hücuma hazırlaşır.  Ehtiyatda olan hərbçilərin səfərbər edilməsi, irimiqyaslı döyüş sursatı alınması, istehkamların və cəbhə yollarının çəkilməsi, qoşunların toplanması və irəliləməsi, döyüşçü ritorikası və təbliğatı aparılır.

Bunu erməni siyasi elmlər doktoru Armen Ayvazyan deyib.

Onun sözlərinə görə, qeyd etdikləri Ermənistan və Qarabağ ətrafında mövcud vəziyyətin əsas konturlarıdır.

“Qərb “blokada” ilə bağlı yanlış və dişsiz bəyanatlar verir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şəffaf şəkildə eyham vurur ki, Azərbaycanın Rusiyanın müttəfiqi Ermənistana hücumu onu çox narahat etmir və onun tərəfdən heç bir əks-hücum almayacaq”, - Ayvazyan deyib.

Həmçinin bildirib ki, Ermənistanın hazırkı hakimiyyətinin ölkənin müdafiə qabiliyyətinin kəskin şəkildə artırılması istiqamətində nələr etdiyi isə heç də aydın deyil: “Komandirlərin bir qismi həbsdədir (general Yuri Xaçaturov, polkovnik Norayr Aslanyan), İrəvanda və rayonlarda konsertlərlə məşğuldurlar. Bölgələr də, media da hərzamankı kimi işləyir, sanki hər şey normaldır”.

Tarix: 6-09-2023, 15:02 Oxunub: 130


Bölməyə aid digər xəbərlər