11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayır? - AÇIQLAMA

Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayır? - AÇIQLAMA


Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycanın baş prokurorlarının görüşünün nəticəsi barədə deyib.

“Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib. Biz iki ölkə arasında münasibətlərin digər sahələrində də yaxşı hadisələrin şahidi olduq. Ticarət sahəsində də yaxşı danışıqlar aparılıb”, - o qeyd edib. (APA)

Tarix: 25-12-2023, 13:12 Oxunub: 40


Bölməyə aid digər xəbərlər
5-01-2023, 09:37 İran Fransaya nota verib