08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Sərhəddəki müşahidə missiyası hərbiləşəcək? – Korotçenko açıqladı

Sərhəddəki müşahidə missiyası hərbiləşəcək? – Korotçenko açıqladı


Bu gün Ermənistanın Azərbaycanla sərhədində olan avropalı müşahidəçilər çox qərəzlidirlər - onlar erməni təxribatlarını görmürlər, lakin Bakıya qarşı ittihamlar səsləndirməkdən məmnundurlar. Onlar Ermənistan tərəfdən təxribat olanda yoxa çıxırlar və Azərbaycan ordusu bu düşmənçilik hərəkətlərinə cavab verəndə sərhəddə peyda olurlar.

Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (RF) baş direktoru İqor Korotçenko deyib.

“Azərbaycan tərəfinin cavabı beynəlxalq hüquq normalarına tam uyğundur, legitimdir və özünümüdafiə hüququndan istifadə edir. Belə olan halda hesab edirəm ki, Azərbaycan tərəfinin cavab tədbirləri uğurlu və eyni zamanda dəqiq olub. Belə ki, müşahidəçilərin qeyd edəcəkləri heç nə yox idi”, - o deyib.

Korotçenkonun sözlərinə görə, Ermənistan gələcəkdə öz ərazisində təkcə Avropa İttifaqının müşahidə missiyasının deyil, həm də Aİ-nin silahlı kontingentinin olmasını hədəfləyir: “Bunun reallığa çevrilməsi üçün Ermənistan daim özünü qurban kimi göstərməyə çalışır”.

Tarix: 20-02-2024, 09:44 Oxunub: 26


Bölməyə aid digər xəbərlər