16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq. Bu sözləri Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib. Smadiyarov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək: "Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq". Qeyd edək ki, Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev Ermənistanın iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixinin müəyyən edilmədiyini bildirmişdi. Lakin İrəvandan gələn açıqlamada görüşə razılıq verildiyi qeyd olundu. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini alqışlayıb. Tokayev deyib ki, 1991-ci ildə MDB ölkələrinin inkişafının əsasını qoyan deklarasiyanın imzalandığı Almatı şəhərində belə bir görüşün keçirilməsi rəmzidir. Prezident İlham Əliyev mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı da bildirib ki, biz müsbət tendensiyadayıq və sülhə doğru gedirik. Dövlət başçısı qeyd edib ki, sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır: "Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər". Prezident əlavə edib ki, sülh bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Almatı görüşünün əhəmiyyəti, əsasən iki istiqamətdə görünür. Birincisi, qlobal güclərin proseslərə təsirinin qarşısı alınır və onların bu yöndə cəhdləri zərərsizləşdirilir. İkincisi isə heç bir geosiyasi marağı olmayan, xüsusən Azərbaycan və Ermənistanla normal münasibətlərə malik bir ölkənin prosesdə vasitəçi kimi deyil, sadəcə məkan sahibi olmasıdır:
"Azərbaycan bugünədək məhz qlobal güclərin vasitəçiliyindən ciddi zərər görüb. Keçmiş Qarabağ probleminin 30 illik təcrübəsi göz önündədir. Qlobal güclərin geosiyasi maraqlarını uzlaşdırmaq mümkün deyil. Bu təcrübə Azərbaycana bir çox məsələləri öyrətdi. Xarici siyasətimizin ən böyük uğuru Azərbaycan-Ermənistan danışıqlarını qlobal miqyasdan ikili müzakirələr müstəvisinə daşıya biləməsidir. Bu, çox önəmli nailiyyətdir. Almatı görüşünə bu uğurun tərkib hissəsi kimi baxmalıyıq. Azərbaycan prosesin mərkəzindədir, ideyavericisidir, baş verənlərdən kənarda deyil. Əgər Ermənistan rəhbərliyi müzakirələr üçün Bakıya gəlməyə hələ cürət etmirsə, deməli, danışıqlar üçün başqa platformalara ehtiyac var. Məqsədəuyğun platformalardan biri də Qazaxıstanda keçiriləcək görüşlərdir. Bu həm Rusiyanın, həm ABŞ-nin, həm də Brüsselin müəyyən iddialarının üstündən xətt çəkməkdir. Konkret nəticələrlə bağlı da böyük potensial var. Almatı görüşündə sülh müqaviləsinin ən azından çərçivə sənədini imzalanacaq vəziyyətə gətirəcək müzakirələrin aparılması mümkündür. Nəzərdə tutulan odur ki, Almatıda bir gün yox, bir neçə gün, hətta bir həftə ərzində görüşlər keçirilsin, davamlı müzakirələr aparılsın. Hər iki tərəfin işçi qruplarının, ekspertlərin iştirakı ilə təməl prinsiplərin detallı müzakirəsi aparılsın".
N.Miri hesab edir ki, Azərbaycan və Ermənistan sülhün çərçivə sənədinin imzalanması ərəfəsindədir: "Həlledici məsələlərdən biri odur ki, tərəflər vasitəçisiz, ikili danışıqlara üstünlük verirlər. Qazaxın 4 kəndinin qaytarılması da məhz ikili danışıqların nəticəsində baş verdi. Bu məsələyə aprelin 5-də Brüsseldə keçirilən məlum görüş də təsir etdi. Ermənistan hökuməti anladı ki, bütün geosiyasi oyunlara, vədlərə, dəstəyə rəğmən, İrəvanın fundamental problemlərini, təhlükəsizliyini heç kim həll etməyəcək. Paşinyan hökumətinin bu reallığı dərk etməsindən sonra Azərbaycanla danışıqlarda irəliləyiş oldu və nəticələr əldə olundu. O baxımdan Almatı görüşündən də ciddi nəticələr gözlənilir. Paşinyan təkbaşına revanşistlərlə mübarizə aparır, erməni ictimaiyyətini mifdən, xülyalardan uzaqlaşmağa səsləyir. Buna da müəyyən mənada nail olmaqdadır. Ermənistanda etirazlar olsa da, İrəvan hökumətinə ciddi müqavimət göstərə bilmirlər. Artıq İrəvan hökuməti, erməni ictimaiyyəti də anlayır ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən normal və təhlükəsiz yaşayış qeyri-mümkündür.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-05-2024, 16:00 Oxunub: 61
Bölməyə aid digər xəbərlər
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
14-03-2024, 11:19
Dostluq və qardaşlıq əlaqələrinin rəmzi
13-03-2024, 14:22
Tokayevin gəlişi... elə-belə məsələ deyil! - ŞƏRH
23-01-2024, 13:01
Almatıda zəlzələ anının qorxuducu görüntüləri - VİDEO
29-12-2023, 16:00
Paşinyan sülh müqviləsi BAĞLASA BELƏ... - eyni uğurla poza da bilər...
3-11-2023, 11:23
İlham Əliyev Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşündə çıxış edib - YENİLƏNİB + FOTO
13-04-2023, 13:11
Azərbaycan-Qazaxstan münasibətləri yüksək xətlə inkişaf edir
13-04-2023, 10:34
Eltun Süleymanov: Cənab İlham Əliyevin Qazaxıstana səfəri xalqlarımızın qardaşlıq münasibətlərinə bir töhfədir
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
31-08-2022, 08:14
Kamaləddin Qafarov: “Qazaxıstan Qarabağın yenidən qurulmasına öz töhfələrini verir
25-07-2022, 09:00
Rusiya Qazaxıstanı da itirir? - TƏHLİL
13-05-2022, 09:51
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
13-01-2022, 10:21
Tokayev KTMT-ya niyə “qapı”nı göstərdi: Qərb sərmayəsi Rusiya silahına qalib gəlir
10-01-2022, 09:27
Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib
7-09-2021, 10:20
MDB Oyunları: Azərbaycanın 7 növ üzrə idmançıları mübarizə aparacaq
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı