12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
Baqrat meydanda... sülh müqaviləsi masada... - Ermənilər NƏYİ SEÇƏCƏK?
Ölkəmiz daha bir Zəfərə imza atdı. Qazaxın 4 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı dünən Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Artıq sərhədçilərimiz sözügedən kəndlərə yerləşdirilib. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin edib.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatına görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
15 may 2024-cü il tarixində Azərbaycan və Ermənistan arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması təmin edilib.
Qeyd edək ki, 90-cı ilin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edib. Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə ciddi hazırlaşan Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tutub, evləri yandırıb, mal-qaranı tələf edib və ya oğurlayıblar. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alınıb. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qalıb. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaradıb.
Əlisilahlı ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecə Bağanis Ayrım kəndinə soxulub, martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olunub. Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyi üçün ermənilər sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal ediblər. İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub.
Ermənilər üçün xüsusi strateji əhəmiyyətə malik olan digər kənddə, Xeyrimlidə isə 1990-cı ilin martından 1992-ci illin martına qədər kiçikmiqyaslı atışmalar olsa da, işğal hadisəsi baş verməyib. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızılhacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edilib. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli olub.
Qeyd olunan işğallar Qazax rayonunda özünümüdafiə dəstələrinin formalaşmasına səbəb olub. Rayon erməni işğalçıları ilə düyüşlərdə yüzlərlə yaralı və 263 nəfər şəhid verib, çox sayda insan əlil olub.
Siyasi şərhçi Fərid Şahbazlı isə “Sherg.az”a açıqlamasında Qazaxın dörd kəndinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılmasını ölkəmizin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsi kimi dəyərləndirib:
“Hadisələrin gedişi göstərir ki, Azərbaycan Prezidenti bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. Cənab İlham Əliyevin həm 44 günlük Vətən müharibəsi dövründə, həm də sonrakı mərhələdə Ali Baş Komandan və prezidentlik fəaliyyəti uzun illər tarix, diplomatiya və hərb kitablarının əsas mövzusu olacaq. 44 günlük Vətən müharibəsində ordumuzun həyata keçirdiyi əməliyyatlar, göstərdikləri böyük fədakarlıq və qəhrəmanlıq bizim qələbəmizi təmin edib. Vətən müharibəsindən sonra Ağdam, Kəlbəcər, Laçın rayonlarının, daha sonra isə erməni işğalında qalan digər kəndlərin bir güllə atılmadan işğaldan azad edilməsi də məhz İlham Əliyevin bir diplomatik bacarığının göstəricisidir. Bütün ehtimalların və narahatlıqların əksinə olaraq rus sülhməramlılarının vaxtından əvvəl ərazilərimizi tərk etməsi də Azərbaycan dövlətinin mühüm qələbəsidir.
Qısası, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən il suverenliyimizin tam bərpa edilməsi, bu günlərdə Rusiya sülhməramlılarının bölgədən çıxarılması, ardınca isə kəndlərin qaytarılması tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin təqdimatlarıdır. Qazax rayonunun işğal altında olan kəndlərinin qaytarılması məsələsi Azərbaycan tarixi Zəfərə imza atdığı 2020-ci ildən gündəmdədir. Prezident İlham Əliyev bu məsələni daim gündəlikdə saxladı və ardıcıl iş aparıldı. Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Günümüzün reallıqları belə bir qənaətə əsas verir ki, tarixi Zəfərimizdən sonra ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesi artıq yaxınlaşır. Hesab edirəm ki, qərb dairələri nə qədər regionumuzdan uzaq qalsalar, sülh və təhlükəsizik bir o qədər tez təmin edilər. An etibarı ilə Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi və bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-05-2024, 16:00 Oxunub: 91
Bölməyə aid digər xəbərlər
25-05-2024, 10:00
Ermənistan "Qərbsiz" mövqe tutmağı bacarsa... - yaxın müddətdə sülh sazişi də imzalana bilər!
24-05-2024, 09:25
Azərbaycan sərhədçiləri azad edilmiş kəndləri nəzarətə götürdülər
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
13-03-2024, 15:30
Paşinyan Qazaxa gəlir: Delimitasiya baş tutacaq? - İNCƏLƏMƏ
6-11-2023, 14:47
Elton Məmmədov: Qürur tariximiz
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
18-08-2023, 08:46
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür
25-03-2023, 10:38
İşğal siyasətinin ilk qurbanı - Bağanis-Ayrım soyqırımından 33 il ötür
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO