16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
"Onların təxribatları heç bir nəticə verməyəcək..." - GƏLİŞMƏ
Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyan xarici ölkə rəsmiləri ilə görüşüb. “Hraparak” nəşrinin məlumatına görə, V.Oskanyanın Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın, Avropanın müxtəlif siyasi xadimləri ilə görüşlərdən sonra bu dəfə İsveçrəyə səfər etdiyi bildirilir. Onun digər xarici ölkələrdə bir sıra “rəsmi” müzakirələr həyata keçirdiyi qeyd olunur. Məlumata görə, Oskanyan bu görüşlərə keçmiş qondarma rejimin yanvarda Ermənistanda yaradılmış “beynəlxalq komitəsinin koordinatoru” adı ilə qatılıb. Hazırda İrəvanda olan digər separatçıların müzakirələrin nəticəsini öyrənmək üçün Oskanyanla görüşü gözlədikləri deyilir.
Nəşr yazır ki, separatçılar “Artsax xalqı”nın hüquqlarının qorunması və təmin edilməsi” mövzusunda müzakirə aparıblar. Həmçinin onların Qarabağa qayıdış imkanları dəyərləndirilib: “Oskanyanın keçirdiyi görüşlər nəticəsində ermənilərin Qarabağa qayıdışının mümkün olub-olmadığı dəqiqləşdiriləcək”. Separatçıların bu istiqamətdə cəhdlərinin uğurlu nəticə verəcəyi, yoxsa boşa çıxacağını öyrənməyə çalışdıqları bildirilir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistanda revanşist və faşist qüvvələrin əsas ideoloqlarından biri məhz Vardan Oskanyandır:
“Qarabağı könüllü tərk etmiş əhalinin böyük əksəriyyəti qeyri-qarabağlılar, yəni birinci Qarabağ müharibəsindən əvvəlki illərdə orada doğulmamış və yaşamamış insanlar idi. Hansı ki onların əhəmiyyətli hissəsi Ermənistan ordusunun mənsubları və onların ailə üzvləri idi. Bundan əlavə Livan, Suriya və digər Yaxın Şərq ölkələrindən 90-cı illərdən sonra köçürülüb bizim torpaqlarımızda yerləşdirilən şəxslər idi”.
O.Qasımovun sözlərinə görə, Vardan Oskanyan ermənilərin Qarabağa qayıdış təşəbbüsü ilə ötən ildən çıxış edir və bu istiqamətdə xüsusi fəallıq göstərir. Onun dəstəkçiləri isə beynəlxalq erməni diasporası və bölgədə marağı olan, Qarabağ erməniləri kartından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışan dövlətlərdir:
“İran, Fransa kimi dövlətlərin səfirlərinin, Toivo Klaarın Qarabağdan köçürülən erməni məsələsi ilə bağlı manipulyasiya cəhdləri də təsadüfi deyil. Xüsusən də bu məsələdən ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öncəsi Azərbaycana qarşı istifadə cəhdlərinin artacağı gözlənilirdi. Eyni zamanda Bakıda saxlanılan hərbi cinayətkarlar məsələsindən də istifadə edərək COP 29 tədbirinin nüfuzuna kölgə salmağa çalışırlar. Dediyim kimi, buna cəhd edən qüvvələr də bölgədə Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyən dövlətlərdir.
Lakin onların təxribatları heç bir nəticə verməyəcək. Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Ölkə rəsmiləri dəfələrlə Qarabağ erməniləri ilə görüşüb, hətta antiterror əməliyyatlarından əvvəl də ölkə rəhbərliyi səviyyəsində onlara müraciət edilərək Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqla bağlı təkliflər verilib. Azərbaycan daxilində bütün hüquqlarının, xüsusən təhlükəsizlik və yerli özünü idarəetmə hüquqlarının təmin ediləcəyini bəyan edib. Lakin Qarabağda yaşayan ermənilərin arxasında dayanan qüvvələr, bölgəyə ezam olunmuş Ruben Vardaryan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına almağa çalışdılar. Nəticədə Qarabağdakı 15 minlik erməni ordusu tərkislah edildi və ailə üzvləri ilə birlikdə bölgədən çıxmaları tələb olundu. Mülki ermənilərdən isə Azərbaycan Konstitusiyasını qəbul edib, bizim qanunlarımız çərçivəsində yaşamağı qəbul etmək tələb olundu. Bildirildi ki, Azərbaycana qarşı törədilən hərbi cinayətlərdə iştirak etməmiş ermənilərin Qarabağda yaşamasında heç bir problem yoxdur.
Qarabağda kim yaşayacaqsa, o, Azərbaycan qanunlarına tabe olub, bu qanunlar əsasında yaşayacaq. Necə ki, Azərbaycanda çoxsaylı xalqların nümayəndələri yaşayır. Əgər Qarabağda yaşayan ermənilər də qanunlarımıza tabe olub, Azərbaycan vətəndaşı kimi yaşayacaqlarsa, yaşayacaqlar.
Azərbaycanın digər şərti isə o idi ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.
Azərbaycan Qarabağ ermənilərinə ilkin qeydiyyatdan keçmək üçün reintegration.gov.az ünvanlı platforma yaradıb. Eyni prinsiplər Ermənistandan qovulan azərbaycanlılara da şamil edilməlidir. Qarabağdan köçən ermənilərin sayı qədər azərbaycanlı da qovulduqları torpaqlara geri qaytarılmalıdır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-08-2024, 16:00 Oxunub: 45
Bölməyə aid digər xəbərlər
23-01-2024, 16:00
Qərb diplomatları İrəvandan Bakıya niyə keçmir - AKTUAL
6-11-2023, 14:22
“Paşinyan və hökuməti azərbaycanlıların Ermənistana qayıtmasına razılıq verib” - İLGİNC
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
10-07-2023, 09:00
Siyasi meyitin dirilmə cəhdi: Vardan Oskanyan yenidən sərsəm bəyanatları ilə gündəmə gəldi
3-05-2023, 15:30
İrəvanın Xankəndiyə ötürdüyü pullar... HARA XƏRCLƏNİR?
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
24-11-2022, 11:10
Xankəndidə çevriliş: Araik bunlara məcbur oldu...
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
22-08-2022, 15:00
Ağır zərbədən sonra axtarılan sülh arayışları - İNCƏLƏMƏ...
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 15:43
Şota Apxaidze: “Gürcüstan ərazisi erməni torpağı deyil” - MÜSAHİBƏ