12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ

Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ



Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. Mütəxəssislərin də bildirdikləri kimi, Silahlı Qüvvələrimiz 44 gün ərzində XXI əsrin müharibəsini apardı və dünya hərb tarixinə bir sıra yeniliklər gətirdi. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Ordusunun uğurları, həmçinin nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir.
Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq daha da güclənməyi qarşıya məqsəd qoyub. Bu strateji xəttə uyğun olaraq, həmçinin Silahlı Qüvvələrimizin bundan sonra da möhkəmləndirilməsi hədəflənib. Prezident İlham Əliyevin son vaxtlarda imzaladığı müvafiq sənədlərə əsasən, deyə bilərik ki, respublikamızda müasir ordu quruculuğu prosesində yeni mərhələ başlayıb. Ordu quruculuğu istiqamətində sistemli islahatlar həyata keçirilərkən həm respublikamızın iqtisadi-maliyyə imkanları, həm də qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır. Şübhəsiz ki, güclü ordu ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qarantıdır. Prezident İlham Əliyev gələcəkdə ölkəmizin hərbi gücünün daha da artacağını diqqətə çatdıraraq “Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq”, - deyə bildirib.
Onu da vurğulayaq ki, Azərbaycan müasir ordu quruculuğu siyasətində silah-sursat təchizatı mənbələrinin şaxələndirilməsinə böyük önəm verir. Hazırda dünyada silah bazarında böyük həssaslıq müşahidə edilir. Ayrı-ayrı ölkələr buraxdıqları silahların satışında müxtəlif amilləri nəzərə alırlar. Apardığı uğurlu siyasət sayəsində dünyada böyük nüfuz və çoxlu dostlar qazanması Azərbaycanın hərbi texnika idxalında mövqelərini gücləndirir.

Tarix: 24-06-2025, 14:41 Oxunub: 8


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram