10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İlham Əliyevdən PKK-nın silahı yerə qoymasına - İlk reaksiya

İlham Əliyevdən PKK-nın silahı yerə qoymasına - İlk reaksiya


“Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız”.

Bu barədə Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.

“Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, iyulun 11-i “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib. Yaxın günlərdə PKK terrorçularının Süleymaniyyədə tərksilah olunmasının ikinci mərhələsi başlayacaq.

Tarix: 15-07-2025, 11:30 Oxunub: 15


Bölməyə aid digər xəbərlər