16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Azərbaycan Çinlə Orta Dəhlizin inkişafını müzakirə edib

Azərbaycan Çinlə Orta Dəhlizin inkişafını müzakirə edib


Azərbaycan Çinlə logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə edib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Ölkəmizdə səfərdə olan Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə etdik. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi apardıq",- deyə o qeyd edib.

Nazir, eyni zamanda Zhejiang vilayətində yerləşən Ningbo limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında avtomatlaşma və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupunun yaradılması məsələsini razılaşdırdıqlarını bildirib.

Tarix: 9-09-2025, 11:24 Oxunub: 36


Bölməyə aid digər xəbərlər