12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Azərbaycan hər zaman “qırmızı xətt” olub, Paşinyan da... - Ərdoğandan açıqlama

Azərbaycan hər zaman “qırmızı xətt” olub, Paşinyan da... - Ərdoğandan açıqlama


Azərbaycan Ankara-İrəvan münasibətlərinin normallaşmasında hər zaman “qırmızı xətt” olub.

Bunu  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bəyan edib.

“Azərbaycan ilk gündən bizim üçün münasibətlərin normallaşmasında qırmızı xətt olub. Biz bəyan etmişik ki, Azərbaycanla problemlər həll olunduqdan sonra qapılarımızı açacağıq. Mən əminəm ki, Paşinyan da regional sülhə nail olmaq və əməkdaşlığın yaranması üçün bizimlə oxşar mövqeyi bölüşür. İndi biz bu istiqamətdə verilən bəyanatların ruhuna  uyğun konkret addımların atılmasını gözləyirik. Biz Ermənistanla münasibətlərin normallaşmasında ciddiyik. Biz eyni zamanda tam normal qonşuluq münasibətlərin qurulmasında maraqlıyıq”, - Ərdoğan bəyan edib.

Tarix: 26-07-2022, 11:27 Oxunub: 33


Bölməyə aid digər xəbərlər