16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
"Molla rejimi Türk dünyasının əhatəsində qalmanın qorxusunu çəkir" - Görünəni budur...
“Azərbaycan bütün hərbi bazalarını İsrailin ixtiyarına verib”... Bu sərsəm iddianı İranın dini rəhbərinin SEPAH-ın Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyinin rəhbəri Əbdülrəhim Nəcəfquluzadə Sərayi irəli sürüb. O, qeyd edib ki, Azərbaycan Respublikası bütün hərbi bazalarını İsrail və İran İslam Respublikasının digər düşmənlərinin ixtiyarına verib. Sərayi həmçinin Azərbaycanı müharibədə kimyəvi maddələrdən istifadə etməkdə də ittiham edib.
DİA.AZ_ın məlumatına görə, politoloq Rəşad Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda istər SEPAH-ın ayrı-ayrı rəsmiləri olsun, istər dövlətin digər qurumlarında təmsil olunan şəxslərin, deputatların, ayrı-ayrı regionlarda din xadimlərinin çıxışlarında bu cür sərsəm və cəfəng iddialara dəfəflərlə şahid olmuşuq.
“Daim Azərbaycanla bağlı tənqid və iftira bildirəndə mütləq şəkildə ora sionist rejim, İsrail, İslamın düşmənləri və sairə epitetlər qoşmağı onlar özləri üçün adi bir hala gətiriblər. Nəticə etibarı ilə, bugünlərdə haqqında danışılan bu sərsəm iddia bir müddət əvvəl Ermənistan tərəfindən səslənən iddiaların təkrarıdır...
Ermənistan Amerika Birləşmiş Ştatlarına və digər beynəlxalq təşkilatlara Azərbaycanı guya ki, fosfor bombasından istifadə etməsiylə bağlı cəfəng iddialar irəli sürmüşdü. İran da bu gün öz, dostu, qardaşı olan ermənilərin bu cür sərsəm iddialarını faktiki olaraq, təkrar etməklə məşğuldur.
Bir neçə gün əvvəl dini lider Xomeneyinin müşaviri, keçmiş xarici işlər naziri Vilayəti öz çıxışında güya Azərbaycanı sevdiklərini, Azərbaycanı qorumağa hazır olduqlarını dilə gətirərək, “Azərbaycan xalqı gözümüzün nurudur” demişdi. Bu günlərdə verilən bənzər sərsəm açıqlamalar isə, Vilayətinin ifadələrinin sadəcə və sadəcə səmimiyyətdən kənar deyilmiş sözlər olduğunu bir daha ortaya qoyur” - deyə politoloq bildirib. Onun sözlərinə görə, İran dəyişən deyil. Çünki İran Azərbaycanın İkinci Qarabağ savaşından sonra güclənməsi, regionda aktivləşməsindən olduqca çəkinir. İran özü üçün bunu böyük bir təhdid görür. İran yaxşı başa düşür ki, bu gün güclü Azərbaycan nəticə etibarilə, güneydəki soydaşlarımızın milli hərəkatının daha da inkişafına və möhkəmlənməsi xidmət edəcək. Bu baxımdan da İran narahatdır.
İran həm də Azərbaycan-Türkiyə münasibətlərindən, Türkiyənin regionda söz sahibinə çevrilməsindən, regionda aktiv siyasi iradə nümayiş etdirməsindən narahatdır. İran Zəngəzur dəhlizinin açılması ilə, Türk dünyasının birləşməsi və molla rejiminin bu Türk dünyasının əhatəsində qalmasının qorxusunu çəkir.
İran Azərbaycanın Qarabağ savaşında əldə etdiyi qələbədən sonra əlindən çıxan narkotik vasitələrinin daşınması üçün istifadə etdiyi yoldan məhrum olmasından narahatdır. Bu narahatçılığını da bu şəkildə iftiralarla, sərsəm-sərsəm bəyanatlarla dilə gətirir.
Politoloqun fikrincə, ikinci vacib səbəb də bugün cənubda yaşayan soydaşlarımızın öz azadlıqları, öz haqları, öz hüquqları uğrunda apardığı mübarizəyə mənfi don geyindirməkdir. İran belə başa düşür ki, bu gün Azərbaycanı bu vəya digər məsələlərdə haqsız olaraq tənqid etmək, Azərbaycana bu və digər məsələdə iftiralar atmaqla, bizi oradakı soydaşlarımıza dəstək verməkdən yayındıra bilər.
“Bütün bunlar təbii ki, İranı çıxılmaz vəziyyətə salıb. Baş verənləri İran son çırpıntıları kimi də dəyərləndirmək olar. Əli hər yerdən üzüldüyü üçün ortaya konkret bir iddia, bir fakt qoya bilmədiyi üçün belə, axmaq sərsəm iddia və bəyanatlarla çıxış edir. Əslində bu məsələdə İranın nə qədər haqsız olduğunu ortaya qoymağa bizim daha çox haqqımız çatır. Çünki ortada faktlar var. Ortada birinci Qarabağ savaşında İranın vasitəçiliyi ilə, Tehranda aparılan Azərbaycan-Ermənistan danışıqlarından və imzalanan atəşkəs sazişindən cəmi 6 saat sonra Şuşanı işğal olunması faktı var. Hansı ki, İran biganə yanaşıb. İran 30 illik işğal dövründə bir dəfə də olsun Ermənistana təcavüzkar kimi baxmadığı, onu Azərbaycan torpaqlarından çıxmağa dəvət etmədiyi faktdır.
Eyni zamanda İranın Birinci Qarabağ savaşı dövründə Ermənistan olduqca gülünc qiymətə benzin verməsi, onları ərzaqla və digər vasitələrlə təmin etməsi faktı, 30 illik işğal dövründə blokada olan Ermənistana qapılarını taybatay açıb, onları iqtisadi cəhətdən çökməsinin qarşısını alan yenə də İrandır” - deyə Rəşad Bayramov vurğulayıb. Onun sözlərinə görə, indiki dövrdə yenə də dünyada görünməmiş qiymətə Ermənistana qaz verən və qazın bu ildən etibarən limitini iki dəfə artıran yenə də İrandır. Bütün sadalananlar və sadalanmayan çox sayda faktlar var ki, İranın həm Azərbaycan düşmənçiliyini fakt olaraq, ortaya qoyur, həm də ümumiyyətlə İslam dəyərlərindən nə qədər uzaq olan bir ölkə olduğunu ortaya qoyur.
“Yaxşı olar ki, İran bu cür sərsəm iddialarla çıxış etməkdənsə, özünün son 30-35 illik tarixinə fikir versin” - deyə politoloq vurğulayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-11-2022, 16:00 Oxunub: 119
Bölməyə aid digər xəbərlər
23-11-2022, 12:24
Rəşad Mahmudov: Dünyada böyük nüfuza sahib Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz
23-11-2022, 12:03
İRANIN MƏKRLİ SİYASƏTİ ONUN KİM OLDUĞUNU AYDIN GÖSTƏRİR
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
6-10-2022, 10:19
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
1-07-2022, 13:29
Prezident kəşfiyyat və əks-kəşfiyyatla bağlı fərman imzaladı
22-10-2021, 09:38
Qalib və haqlı Azərbaycan İranı da anlatdı – yeni gəlişmə
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 13:03
“İsrail Hayom”: “İsrail çətin anlarda Azərbaycana dəstək olmalıdır”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO