11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
"Qəhrəman təhsil işçiləri" adlı kitabın təqdimat mərasimi keçirilmişdir



Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu şəhər 3 saylı məktəbdə ATİAHİ RK-nin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsinin Qəhrəmanları, Şərəf tariximizin memarları olan döyüş iştirakçısı və Qazi müəllimlərimizin həyatından bəhs "Qəhrəman təhsil işçiləri" adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev, Ağsu sektorunun müdiri Əlmirzə Məmmədov, ATİAHİ Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova, döyüşlərdə iştirak edən təhsil işçiləri, məktəb rəhbərliyi,döyüş iştirakçısı olmuş igidlərimizin müəllim valideynləri iştirak etmişdir. Qəhrəman təhsil işçilərinin həyat yolundan bəhs edən kitab iştirakçılar tərəfindən yüksək rəğbət gördü.
Biz də Xebercimedia.az olaraq belə bir tədbirin təşkilatçılığını edən ATİAHİ RK-nin sədri Sevinc xanım Beybudovaya,hörmətli Rövşən Əliyev müəllimə, 3 saylı məktəbin direktoru Leyla Rüstəmzadəyə və bütün tədbirin ərsəyə gəlməsində əməyi olan, iştirak edən hər kəsə təşəkkür edirik.
Valid Musayev















Tarix: 17-03-2023, 09:55 Oxunub: 114


Bölməyə aid digər xəbərlər