12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
Kamaləddin Qafarov: “İşğaldan azad olunmuş ərazilər gündən-günə abadlaşır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu torpaqlarda aparılan bərpa və yenidənqurma işlərinin ən yüksək səviyyədə həyata keçirilməsini stimullaşdıran mühüm amillərdən biridir. O cümlədən, dövlətimizin başçısı cari ilin oktyabrın 17-də, “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
“Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Füzuli işğal dövründə erməni vandalizmindən, erməni vəhşiliklərindən ən çox ziyan görən bölgələrimizdən biri olmuşdur. “Füzuli şəhəri azad olunanda isə hərbiçilərimiz bir salamat bina tapa bilmədilər ki, bayrağımızı qaldırsınlar. Cənab Prezidentimizin Füzuli sakinləri ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, insanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq Ermənistan hökumətinin əsas siyasət xətti olub. Yalnız torpaqlarımız işğaldan azad olunduqdan sonra dünya ictimaiyyəti erməni vəhşiliklərinin nəticələrini görmək imkanı əldə etdi. Füzulinin timsalında bütün dünya üçün bu vəhşiliyin mahiyyəti açıqlandı.”
Fikirlərini davam etdirən deputat Böyük Qayıdış Proqramının hazırda uğurla icra olunduğunu da diqqətə çəkib: “Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi maraq doğuran məqamlardan biri də Böyük Qayıdış Proqramının uğurla icra olunduğuna dair yer almış açıqlamalarla bağlı idi. Dövlətimizin başçısı bildirdi ki, artıq 2026-cı ilin sonunda 22 min insanın təkcə Füzuli rayonunda, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insanın yaşayacağı nəzərdə tutulur. Bu gün dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Layihələri icra edərkən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Prezidentimiz öz çıxışında gənc füzulililərin də öz doğma torpalarına qayıtmalarını xüsusi qeyd etdi və bildirdi ki, bu, doğrudan da böyük hadisədir. Bu, xalqımızın böyüklüyünü göstərir, doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə illər keçdikcə xalqımızın öz torpaqlarını unudacağına, gənc nəslin, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacağına ümid edən xaricdəki bəzi dairələr isə indi nə qədər səhv etdiklərini anlayırlar.”
K.Qafarov Füzuli əməliyyatının gedişində əsgər və zabitlərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlardan da bəhs edib: “Ermənilər 30 illik işğal dövründə Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. Füzuli rayonu istiqamətində isə xüsusilə möhkmləndirilmiş istehkamlar daha çox idi. Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu. Şanlı Ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Bu vacib məqamları öz çıxışında bir daha xatırladan cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Çünki, bu günə görə biz hamımız onlara borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar və bu fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-10-2023, 07:37 Oxunub: 38
Bölməyə aid digər xəbərlər
18-10-2023, 15:06
Aqiyə Naxçıvanlı: “Dövlət başçımızın işğal dövründə keçirdiyi görüşlər zamanı dediyi sözlər bu gün reallaşır”
17-10-2023, 12:26
Prezident Füzuliyə köçmüş sakinlərlə görüşüb - FOTO - YENİLƏNİB
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
17-10-2022, 09:12
Kamaləddin Qafarov: “ Füzulinin azad olunması mühüm strateji qələbə idi”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO