12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
Birgə bəyannamə Azərbaycanın hərbi və siyasi qələbəsidir
Azərbaycan xalqı 30 illik düşmən təcavüzü altında qalan torpaqlarını cəmi 44 günlük möhtəşəm bir savaşla azad etmiş və öz ərazi bütövlüyünü bərpa etmişdir. Haqqında uzun müddət danışılacaq bu parlaq qələbəmizin nəticəsi olaraq Azərbaycan-Rusiya-Ermənistan arasında 10 noyabr 2020-ci il bəyanatı imzalandı. İmzalanmış tarixi əhəmiyyətli bu bəyanat ilə Azərbaycan işğalçı ölkənin məğlubiyyətini rəsmiləşdirdi. 30 il ərzində ölkəmiz ATƏT-in Minsk qrupu formatında Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda fəal iştirak edib. Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev öz çıxışlarında həmişə qeyd edirdi ki, danışıqlar heç bir nəticə vermədiyi halda hərb yolunun seçilməsi istisna deyil. Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmamış, işğalda olan ərazilərinin azad olunması üçün danışıqlar porosesində iştirak edib. Ermənistanın işğal etdiyi ərazilərdə törətdikləri vəhşiliklərin cəzasız qalması, onları yeni-yeni torpaq iddiaları irəli sürməsinə cəsarətləndirirdi. Bu iddialarını həyata keçirmək üçün Ermənistan sentyabrın 27-si cəbhə xətlərində genişmiqyaslı təxribata başladı. Yaşayış məntəqələrimizin müxtəlif iriçaplı silahlardan atəşə tutulması Azərbaycanın əks-hücum əməliyyatı ilə nəticələndi. Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşmənlə qarşı-qarşıya döyüşdə yüksək rəşadət və qəhrəmanlıq göstərərək öz tarixi qələbəsini qazandı. Unutmaq olmaz ki, döyüşlər yalnız Azərbaycan ərazisində gedirdi. Baxmayaraq ərazi bütövlüyümüzün bərpa olunması üçün BMT-nin 4 qətnaməsi qəbul edilmiş, düşmən təcavüzkar kimi qiymətləndirilmiş, lakin heç bir nəticə əldə olunmamışdı. Nəhayət, Azərbaycan xalqı bu tarixi qələbə ilə uzun bir müddətdə BMT-nin həyata keçirə bilmədiyi beynəlxalq hüqüq normalarının və sadəcə kağız üzərində yazılı şəkildə qalmış Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasının, sərhədlərinin toxunulmazlığının zəruriliyini bildirən 4 qətnamənin icrasına nail oldu. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın vətən sevgisini, birliyini, iradəsini, əzmini əks etdirən bu 44 günlük müharibə ilə ordumuz işğal altında qalan 5 şəhər, 2 qəsəbə, 300 kənd və çoxsaylı strateji yüksəklikləri düşməndən azad etdi. Bu şanlı qələbəmizin qazanılmasında Azərbaycan xalqının Dəmir Yumruq altında birləşməsinin böyük əhəmiyyəti oldu. Bu birlik bütün dünyaya sübüt etdi ki, xalqımız iradəli, mərd və tarixi döyüş təcrübəsinə malik olan bir xalqdır.Şuşanın azad olunduğu gün- 8 noyabr 2020-ci il tarixə ən şanlı bir gün kimi daxil oldu. Şuşa uğrunda gedən əlbəyaxa döyüşlər Milli Ordumuzun tarixində bir qəhrəmanlıq səlnaməsinə çevrildi.
10 noyabr birgə bəyanatının mühüm müddəalarından biri də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaranmasıdır. Bu mühüm məsələ Azərbaycan Respublikası üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, bu məsəslənin həll olması tarixi “İpək yolu”nun bərpası və Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması deməkdir. Tarixi zəfər günümüzün əldə olunmasında Azərbaycan 3000-ə yaxın şəhid verdi. Xalqımız öz şəhidini heç bir zaman unutmayacaq, onlar daim bizim qəlbimizdə yaşayacaqdır.
Namiq Muradov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü
Bölməyə aid digər xəbərlər

Tarix: 7-11-2023, 12:30 Oxunub: 36
Bölməyə aid digər xəbərlər
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
14-06-2023, 11:18
İlham Əliyev fərman imzaladı
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
28-10-2022, 11:22
ATƏT-in mandatsız "missiyası" və Bakının qəti mövqeyi - İNCƏLƏMƏ...
27-09-2022, 11:35
Mehman Mehdiyev: 27 sentyabr-tarixi zəfərin başlanğic günü
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
14-09-2022, 11:28
Əhməd Əhmədzadə: Hədəflərə nail olundu
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO