12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
Kamaləddin Qafarov: “Azərbaycan ölkələr arasında körpü yaratmaq siyasəti yürüdür ”

“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin hətta üzv olmadığı bir çox mötəbər beynəlxalq təşkilatların işində yaxından iştirakını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) cari ilin 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Dövlətimizin başçısı ŞƏT-in 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısına da qatılmışdı. Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir.”
Bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov Prezident İlham Əliyevin 4 iyul tarixində Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə etdiyi çıxışında bir çox mühüm məqamların əks olunduğunu vurğulayıb: “Görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib istiqamətlərindən birinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət sahəsi olduğunu diqqət mərkəzinə çəkdi. Dövlət başçısı bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın önəmli nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Bu imkanların maksimum effektivliklə reallaşdırılmasının təmin edilməsi üçün ölkəmizdə intensiv işlər aparılır. Yaxın perspektiv planlara Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq məsələsi daxildir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Bu transmilli layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir və sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Prezident İlham Əliyevin çıxışında bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərinə dair mühüm açıqlamalar da yer almışdır. Qeyd olunmuşdur ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə əldə etdiyi qiymətli təcrübədən COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün yararlanmaq niyyətindədir. Prezident İlham Əliyev hər zaman olduğu kimi prinsipiallıq və humanistlik nümayiş etdirərək bildirdi ki, Azərbaycan inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq”.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-07-2024, 09:32 Oxunub: 44
Bölməyə aid digər xəbərlər
3-07-2024, 19:27
Eltun Süleymanov: “Azərbaycan-Çin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir”
3-07-2024, 11:06
İlham Əliyev Qazaxıstanda səfərdədir
13-03-2024, 14:22
Tokayevin gəlişi... elə-belə məsələ deyil! - ŞƏRH
6-11-2023, 14:21
Türk dünyası ortaq inkişaf və tərəqqiyə doğru irəliləyir
3-11-2023, 11:23
İlham Əliyev Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşündə çıxış edib - YENİLƏNİB + FOTO
13-04-2023, 13:11
Azərbaycan-Qazaxstan münasibətləri yüksək xətlə inkişaf edir
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
31-08-2022, 08:14
Kamaləddin Qafarov: “Qazaxıstan Qarabağın yenidən qurulmasına öz töhfələrini verir
25-07-2022, 09:00
Rusiya Qazaxıstanı da itirir? - TƏHLİL
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək