16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Göydəniz Qəhrəmanov: “Azərbaycan ilə Çin arasında viza tələbinin aradan qaldırılması ölkəmizdə beynəlxalq turizmin inkişafına önəmli töhfədir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin aprel ayının 23-24-də Çin Xalq Respublikasına etdiyi rəsmi dövlət səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələ açan tarixi hadisədir. Məlumdur ki, bu gün Azərbaycan-Çin münasibətlərinin məhz hansı istiqamətdə inkişaf edəcəyi sadəcə ölkələrimiz və xalqlarımız deyil, eyni zamanda həm də bütün Avrasiya məkanında yayılmış böyük bir coğrafiya üçün son dərəcə önəmli bir məsələdir. Qeyd edək ki, dövlət başçımızın sonuncu dəfə Çinə etdiyi səfərindən sonra keçən altı il ərzində Azərbaycan Prezidenti və ÇXR-in Sədri dəfələrlə bir sıra tədbirlərdə görüşüblər. Əlbəttə ki, bu görüşlərin hər biri iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Sonuncu dəfə 2023-cü ilin iyul ayının 3-də Astanada keçirilən ŞƏT sammitinin gedişi zamanı baş tutan ikitərəfli görüş əsnasında isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalandı. Bu sənəd ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirdi ki, bu da böyük nailiyyət oldu. Cənab Prezident İlham Əliyevin Pekində Çinin CGTN telekanalına verdiyi müsahibəsində də qeyd olunduğu kimi, həmin görüş Azərbaycan ilə Çin arasında əməkdaşlığın olduqca mühüm tarixinə çevrildi. Bu gün isə, ölkələrimiz arasındada artıq hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qaldırılmış və eyni zamanda da bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalanmışdır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat Azərbaycan ilə Çin arasında viza rejiminin aradan qaldırılmasının beynəlxalq turizmin inkişafına güclü təkan verəcəyini xüsusi qeyd edib: “Cənab Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış sənədlərin hər biri şamil olunduğu sahədə əməkdaşlığın qurulmasına və inkişafına güclü təkan verəcək. O cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” Azərbaycana Çin turistlərinin gəlişini asanlaşdırmaqla ölkəmizdə beynəlxalq turizmin inkişafına böyük töhfə olacaq. Məlumdur ki, keçən il Azərbaycan birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etmişdi. Maraqlıdır ki, adətən ikitərəfli əsasda qəbul olunan bu qərar Çinə xüsusi münasibət göstərilərək birtərəfli qaydada qəbul edilmişdi. Bununla Azərbaycan dostluğunu və səmimiliyini nümayiş etdirmiş oldu. Bu gün isə artıq Çin tərəfi də Azərbaycan vətəndaşlarını vizadan azad etdi. Bu həqiqətən də ölkələrarası münasibətlərdə böyük nailiyyətdir və Azərbaycanda turizmin inkişafına misilsiz töhfə olacaq. Yəqin ki, ölkələrimiz arasında aviareyslərin sayı da artırılacaq. Dövlət başçımızın müsahibəsində qeyd olunduğu kimi, ötən il viza rejimi ləğv ediləndən sonra Çindən gələn turistlərin sayı iki dəfədən çox artmışdır. Azərbaycan turizm sektorunun inkişafında çox maraqlıdır və ölkəmizin bunun üçün bütün imkanları var. Nəzərə alsaq ki, il ərzində səyahət edən Çinli turisrlərin sayı 150 milyondur, Azərbaycanın vizasız olması və bir başa uçuşların olması Çinli turistlərin ölkəmizə gəlməsi imkanlarını artırır. Cənab Prezidentin qeyd etdiyi kimi, əqər 1% turistlər gəlsə bu 1 500 000 turist deməkdir. Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar, hətta yarımsəhra ərazilər hər kəsin öz zövqünə uyğun məkanda istirahəti üçün şərait yaradır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-04-2025, 10:24 Oxunub: 23
Bölməyə aid digər xəbərlər
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
16-01-2025, 23:34
Göydəniz Qəhrəmanov: “20 Yanvar faciəsi bəşər tarixində insalıq əleyhinə törədilmiş ən ağır və qanlı cinayətlərdən biridir”
9-01-2025, 18:38
Göydəniz Qəhrəmanov: “2024-cü ilin müsbət nəticələrinin təməlində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, düşünülmüş siyasət dayanır”
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək