12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İmişlidə şəhid xatirəsinə həsr olunmuş kitab təqdimatı keçirilib



       Mayın 30-da İmişli rayonunun Mədəniyyət Mərkəzində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş qəhrəmanımız, baş leytenant Cavid Səfərlinin anası Xatirə Səfərlinin övladının əziz xatirəsinə həsr etdiyi “Şəhid Cavidimin qəhrəmanlıq dastanı” adlı kitabın təqdimatı ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.  
       Çıxışlar başlamamışdan öncə şəhidlərimizin əziz xaitərələri böyük ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə icra başçısı açaraq vətənin müdafiəsi uğrunda canından keçən Cavid Səfərlinin və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib, kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə öz minnətdarlığını bildirib. Digər çıxış edənlər şəhidlərin xatirəsinə yazılmış kitabların gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd ediblər. Daha sonra kitabın müəllifi Xatirə Səfərli tədbir iştirakçılarını  kitab haqqında məlumatlandırıb. Tədbir mədəniyyət işçilərinin ifalarında hərbi vətənpərvərlik mövzusunda kompozisiya ilə davam etdirilib.













Tarix: 31-05-2025, 00:18 Oxunub: 12


Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09 Müqəddəs ali ehtiram
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı