16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Ordum varsa, Yurdum var!
2020-cil il 10 dekabrda Bakı şəhərində möhtəşəm Zəfər paradı keçirildi. 3 mindən çox Azərbaycan, türk əsgər və zabitlərinin iştirak etdiyi bu parad əzəmət, birlik, qardaşlıq mücəssəməsi oldu. Bu, uzun illərdir Azərbaycan xalqının həsrətlə gözlədiyi qələbə sevincini özündə daşıyan, şəhidlərimizin müqəddəs qanları hesabına qazanılan zəfərin əsas simgəsi olan birgəlik yürüşü idi. 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş olunması Azərbaycanın hərbi gücünün dünyaya nümayişidir. Düşməndən qənimət kimi ələ keçirilmiş hərbi texnikanın bir qisminin paradda göstərilməsi ermənilərin və onların himayədarlarının hərbi gücünün süqutu idi.
Bir vaxtlar Azərbaycanımızın səmasında olan qara buludlar artıq öz yerini günəşli və aydın sabahlara vermişdir. Azərbaycan-türk əsgərinin yenilməz gücü işıqlı gələcəyin təminatçısı olmuşdur. Azadlıq meydanında əsgərlərimizin yeri-göyü titrədən addımları xalqımızın qürur mənbəyinə çevrilmişdir.
Özünəməxsus peşəkarlığı özündə cəmləşdirən qüdrətli Azərbaycan Ordusu uzun illər bizə qənim kəsilən mənfur düşməni 44 günə darmadağın etdi, ona acı məğlubiyyət yaşatdı.
Ali Baş Komandan cənab İlham Əliyev ətrafında bir yumruq kimi birləşən Azərbaycan Ordusu və xalqı sarsılmaz birlik nümayiş etdirdi. Heç bir yad işğalçı qüvvənin bu doğma türk yurdunda qalib olmayacağını bir daha əminliklə göstərdi. Məhz 10 dekabr Zəfər paradında qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın və hökumət üzvlərinin, türk əsgərlərinin iştirakı bütün dünyaya bəyan edilən qardaş dəstəyidir.
Qəhrəman şanlı Türk Ordusu Azərbaycana tarix boyu çətin anlarda dəstək vermişdir. Tarixə nəzər yetirsək, görərik ki, 1918-ci ildə Bakı şəhərini işğalçılardan azad etmək üçün gedən döyüşlərdə qəhrəman və igid türk əsgərləri necə canlarından keçmişlər. Türkün türkdən başqa dostu yoxdur!
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə salınan Hərbi Qənimətlər Parkı bizim yaddaş yerimizə çevrilmişdir. Hər dəfə ora getdikcə müharibəni az qala bütün ağrı-acısı ilə duyursan. Vaxtilə bizə yönələn raketlərin, düşmən texnikalarının qalıqlarını gördükcə bütün dəhşətləri xatırlayırsan. Bizim igid , qəhrəman və cəsur əsgərlərimizin ən çətin bir işin öhdəsindən necə uğurla gəldiyini öz gözlərinlə görürsən. Bu da danılmazdır ki, dünyanın heç bir ordusunda qələbə əzmi Azərbaycan əsgərinin qələbə əzmindən yüksək olan bir əsgər yoxdur! Vətən Müharibəsi dövründə düşmən ordusunda fərarilik halları çoxalsa da, Azərbaycan Ordusunda heç bir belə hala rast gəlinməmişdir. Döyüş vaxtı yaralanan əsgərlərimiz belə yenidən döyüş meydanına atılmaq istəmişdir.
Vətən Müharibəsində “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Müharibədə iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir.
Böyük qələbənin əsasını düzgün yeridilən qərarlı siyasət təmin etmişdir. İşğalda olan Azərbaycan torpaqları barədə dünya ictimaiyyətinə dolğun məlumatın verilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq tədbirlərdə bəyan edilməsi nəticəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Bu yolda səbir və qətiyyətlə addımlayaraq öz iqtisadiyyatımızı yüksəltməklə, hərbi gücümüzü artırmaqla Şanlı Ordumuzun qələbəsinə nail olundu.
Məğlubiyyətini görən mənfur düşmən şəhərlərimizə raket zərbələri endirmiş, dinc əhali arasında itkilərə səbəb olmuşdur. Ancaq Müzəffər Ordumuz düşmənin layiqli cavabını döyüş meydanında verərək onu torpaqlarımızdan çıxmağa məcbur etmişdir. Türkün gücü düşməni məğlubiyyət aktını imzalamağa məcbur etdi. Qələbə həm siyasi, həm də hərbi meydanda qazanıldı.
Bu gun Azərbaycan-Türk Ordusunun birgə apardığı hərbi təlimlər iki qardaş dövlətin bundan sonra da bizim doğma torpaqlarımıza göz dikməyə çalışan düşmənə qarşı inamla, qorxmadan savaşacağı deməkdir. Türk birliyi var olan müddətdə gücümüz var olacaq!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Yaşasın qalib Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev
Bölməyə aid digər xəbərlər

Tarix: 9-12-2022, 10:01 Oxunub: 223
Bölməyə aid digər xəbərlər
9-12-2022, 10:01
Azərbaycana zəfər yaraşır!
9-12-2022, 09:22
Aqiyə Naxçıvanlı: “Zəfər paradı Azərbaycanın haqlı və güclü mövqeyinin bütün dünyaya nümayişi idi”
7-12-2022, 10:48
Əhməd Əhmədzadə: Zəfər paradı dünyaya ciddi mesajdır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-09-2022, 11:35
Mehman Mehdiyev: 27 sentyabr-tarixi zəfərin başlanğic günü
27-12-2021, 14:14
İlham Əliyev şəhid və hərbçiləri təltif etdi
19-08-2021, 10:42
AZAL rəhbəri Cahangir Əsgərov sualları cavablandırdı
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO