12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Türkiyənin Haaqadakı səfirliyinin qarşısında “Quran”ın vərəqləri qoparılıb

Türkiyənin Haaqadakı səfirliyinin qarşısında “Quran”ın vərəqləri qoparılıb


Niderlandın müsəlmanlara qarşı “Pegida” hərəkatının lideri Edvin Vaqensveld Türkiyənin Haaqadakı səfirliyi qarşısında aksiya keçirib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

O, yaxınlıqda toplaşan müsəlmanların çağırışlarına baxmayaraq “Quran”dan bir neçə vərəq qoparıb.

Aksiya yerinin yaxınlığında toplaşan yüzə yaxın müsəlman Edvin Vaqensveldın hərəkətini pisləyib. Daha sonra nümayişçilərlə polis arasında toqquşma baş verib, lakin xüsusi təyinatlılar vəziyyəti tez bir zamanda nəzarətə götürüblər.

Tarix: 19-08-2023, 08:25 Oxunub: 33


Bölməyə aid digər xəbərlər