12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İstanbulda güclü partlayış olub

İstanbulda güclü partlayış olub


İstanbulun Beyoğlu rayonunda partlayış baş verib. İki mərtəbəli binada çöküntü qeydə alınıb.

haberglobal xəbər verir ki, hadisə yerinə yanğınsöndürən, AFAD və UMKE qrupları göndərilib.

Hadisə çərşənbə günü saat 21:45 radələrində Beyoğlu rayonunun Bereketzade məhəlləsi, Yanıkkapı küçəsində baş verib. İki mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən köşkdə səbəbi hələ müəyyən edilməmiş partlayış olub. Nəticədə bina çöküb.

İstanbul valiliyi hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisənin səbəbi araşdırılır.


Tarix: 24-07-2025, 08:47 Oxunub: 9


Bölməyə aid digər xəbərlər