12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Tramp və Putinin Alyaskadakı görüş yeri məlum oldu - CNN açıqladı



ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskada planlaşdırılan görüşünün yeri açıqlanıb.

CNN-in məlumatına görə, iki liderin görüşü Ankoric şəhərində yerləşən Elmendorf–Richardson birgə hərbi bazasında keçiriləcək.

Elmendorf–Richardson bazası ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının ortaq istifadəsində olan strateji obyekt sayılır. Burada “F-22 Raptor” qırıcıları, “C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarələri, eləcə də ABŞ ordusunun Arktika bölgəsində fəaliyyət göstərən xüsusi briqadaları yerləşir. Baza Arktika və Sakit okean regionunda hərbi əməliyyatların idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Alyaska sammiti tərəflər arasında Ukrayna müharibəsi, təhlükəsizlik məsələləri və regional gərginliklərin müzakirəsi baxımından xüsusi önəm kəsb edir.

Tarix: 13-08-2025, 16:00 Oxunub: 12


Bölməyə aid digər xəbərlər