12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Paşinyan: Vaşinqton sazişi İran və Rusiya üçün də faydalı olacaq

Paşinyan: Vaşinqton sazişi İran və Rusiya üçün də faydalı olacaq


"Düşünürəm ki, Vaşinqtonda imzalanmış saziş İran və Rusiya üçün əhəmiyyətli faydalar təmin edəcək".

 APA xəbər verir ki, bunu “Fox News”a müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, sənəd icra edildikdən sonra İran Körfəzdən Qara dənizə qədər dəmir yolu ilə çıxış əldə edəcək, Rusiya və İran arasında birbaşa dəmir yolu əlaqəsi mümkün olacaq: "Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu xətti mövcud deyil. Bəyanata əsasən, layihə təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə üçün deyil, həm də Rusiya və İran üçün mühüm və faktiki olaraq misilsiz iqtisadi imkanlar yaradacaq. Bu, beynəlxalq sabitlik və təhlükəsizliyə də töhfə verəcək".

Tarix: 14-08-2025, 09:24 Oxunub: 24


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı