12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Lukaşenko Pezeşkianla RAZILIĞA GƏLDİ - Yeni saziş İMZALANACAQ



Belarus və İran strateji əməkdaşlıq sazişi bağlamaq barədə razılığa gəliblər.

BELTA xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko iranlı həmkarı Məsud Pezeşkianla danışıqların yekununda açıqlayıb.

Belarus lideri görüşləri “mənalı” adlandırıb və bildirib ki, tərəflər ikitərəfli əməkdaşlıqda yeni mərhələyə keçidə imkan verəcək nəticələr əldə ediblər:

“Bu dəyişikliklərin ən mühüm nəticəsi odur ki, prezidentlə razılaşdırıldığı kimi, yaxın gələcəkdə strateji əməkdaşlıq sazişini hazırlayıb imzalayacağıq”, – Lukaşenko deyib.

O, həmçinin Belarusun İranın dinc nüvə enerjisini inkişaf etdirmək hüququnu dəstəklədiyini vurğulayıb.

Lukaşenko qeyd edib ki, Minsk Tehrana yalnız Asiyada deyil, beynəlxalq arenada da mühüm siyasi və iqtisadi tərəfdaş kimi baxır:

“Son illər birgə səylər nəticəsində mühüm irəliləyiş əldə etmişik. Hər iki ölkə üçün prioritet sayılan müxtəlif sahələrdə əməkdaşlığı sürətlə inkişaf etdiririk”, – Belarus prezidenti bildirib.

Tarix: 20-08-2025, 13:18 Oxunub: 16


Bölməyə aid digər xəbərlər