16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Azərbaycan Laçın dəhlizini birdəfəlik bağlaya bilərmi? - Ekspert danışır
“Azərbaycan Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Maraqlıdır ki, Azərbaycan hər zaman Ermənistanın saxtakarlığına qarşı dözüm nümayiş etdirir, Ermənistana çağırışlar edir. Qarşı tərəf isə yenə də öz manipulyativ siyasətindən əl çəkmir.
Təxribatlar, saxtakarlıq, dünyaya yalan məlumatların ötürülməsini davam etdirir. Politoloq Rəşad Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirir ki, Azərbaycanın növbəti dəfə Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyə, eləcə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinərək təcavüzkar siyasi və hərbi təxribatları dayandırmağa çağırması əslində Ermənistandan çox beynəlxalq birliyə verilən bəyanatdır.
“Azərbaycan olaraq biz son 30 ildə Ermənistan tərəfinin Azərbaycanın çağırışlarına məhəl qoymayaraq öz təcavükar siyasətindən əl çəkmədiyinin dəfələrlə şahidi olmuşuq. Elə 44 günlük müharibə də məhz Azərbaycanın haqlı tələblərinə məhəl qoyulmamasının nəticəsi idi. Müharibədən sonra da onların bu və ya digər məsələdə tələblərimizə boyun əyməsi çağırışlarla deyil, zaman-zaman keçirilən hərbi əməliyyatlarla bağlı olub. Başqa sözlə desək, qarşı tərəfin başa düşdüyü tək yol güc yoludur. Bu baxımdan da çağırışlar və istər Xarici İşlər Nazirliyinin, istərsə də ölkə başçısının bəyanatları əsasən beynəlxalq birliyə yönəlir və bu çağırışlar atılacaq addımların əsasını formalaşdırır.
İndi də XİN-in öz çağırışında üçtərəfli bəyanata əsasən, Laçın yolundan qeyri-qanuni çıxarılan təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycandan hələ də tam çıxarılmayan qanunsuz silahlı qüvvələrin hərbi təchizatının davam etdirilməsi, Azərbaycan ərazisinə minalar ötürmək və yerləşdirməklə mina təhdidinin artırılması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi və bu kimi qeyri-qanuni fəaliyyətləri sadalaması dünya birliyinin diqqətini növbəti dəfə Ermənistan tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə yönəltmək məqsədi daşıyır”-deyən politoloq bildirir ki, bu çağırışlar, bu səpkili bəyanatlar davamlı olmalıdır. Çünki münaqişələr təkcə hərbi yolla deyil, həm də diplomatik müstəvidə həll olunur. Başqa sözlə, hər bir hərbi əməliyyatın arxasında diplomatik fəaliyyət dayanır. Azərbaycan bu səpkili çağırışlarla regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyində prinsipial və ardıcıl olduğunu nümayiş etdirir, eyni şəkildə öz maraqlarını təmin etmək üçün beynəlxalq hüquqa əsaslanan tədbirləri davam etdirəcəyini də bəyan etmiş olur.
“Bu çağırışlar nəticə etibarilə Azərbaycanın Laçın yolu üzərində nəzarəti öz üzərinə götürməsi ilə nəticələnəcək. Bu isə üçtərəfli bəyanatın şərtlərinə zidd deyil. Azərbaycanın öhdəliyi Laçın yolu ilə sərbəst gediş gəlişin təmin olunmasından ibarətdir. Bir Laçın yolu istiqamətində Azərbaycan-Ermənistan sərhəddində sərhəd postu və gömrük məntəqəsi qurmaqla sərhəddimizi nəzarətə götürə və ondan sonra həmin yoldan humanitar məqsədlər üçün istifadə edən tərəflərə Laçın yolu boyunca sərbəst gediş-gəliş imkanı yarada bilərik. Yəni, əvvəl oradan keçənin kimliyi, nə daşındığı yoxlanılmalı və ondan sonra hərəkətə icazə verilməlidir. Bu addımın atılması ilə separatçı rejimin əl-qolunu xeyli dərəcədə bağlamış olacağıq. Bundan sonra qanunsuz hərbi birləşmələrin ərazilərimizi tərk etməsi üçün vaxt vermək və tələblərimiz yerinə yetirilməyəcəyi halda həmin qanunsuz hərbi birləşmələri tərksilah etmək üçün əməliyyatlar keçirmək olar”,- deyə o qeyd edib. Politoloq bildirir ki, eyni hal Zəngəzur dəhlizi ilə də bağlıdır. Ermənistan və onların havadarları başa düşməlidir ki, Azərbaycanın Laçın yolu ilə bağlı öhdəliyi olduğu kimi, Ermənistanın da Zəngəzur dəhlizindən sərbəst gediş-gəlişi təmin etməklə bağlı öhdəliyi var. Ermənistan tərəfindən həmin öhdəliyin yerinə yetirilməməsi Azərbaycanın da Laçın yolunu birdəfəlik bağlaması ilə nəticələnə bilər.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-01-2023, 16:00 Oxunub: 32
Bölməyə aid digər xəbərlər
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
14-09-2022, 11:28
Əhməd Əhmədzadə: Hədəflərə nail olundu
2-04-2022, 10:30
Paşinyanın qorxduğu proses başladılır: Xankəndidən erməni silahlılar çıxarılacaq, Laçın dəhlizinə nəzarət olunacaq
18-11-2021, 10:00
Paşinyan rəsmi Bakıya niyə sülh sazişi təklif etdi: Onun atəşkəsə qarşılıq önəmli sənədə imza atdığı iddia edilir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO