12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Prezident: “Ermənistanın da eyni addım atmasını gözləyirik”

Prezident: “Ermənistanın da eyni addım atmasını gözləyirik”


“Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşma prosesi üçün öz təkliflərimizi vermişik”. 

Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistanın 5 maddəlik baza prinsiplərini (rəsmi Bakı təqdim edib) qəbul etməsindən məmnundur.

“Bu, pozitiv dinamikadır. Biz indi praktiki tətbiqləri həyata keçirməliyik. Azərbaycan öz növbəsində sülh müqaviləsinin hazırlanması üçün komissiya yaradıb. Biz gözləyirik ki, Ermənistan da eyni addımı atacaq. Əgər bu, tezliklə edilsə, sonra danışıqlar başlayacaq”, - deyə İlham Əliyev əlavə edib.

Tarix: 16-06-2022, 10:48 Oxunub: 35


Bölməyə aid digər xəbərlər