10:46 / 15-06-2026
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
10:32 / 15-06-2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
10:28 / 15-06-2026
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
10:23 / 15-06-2026
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
09:51 / 15-06-2026
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
09:46 / 15-06-2026
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
09:42 / 15-06-2026
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
09:23 / 15-06-2026
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
09:16 / 15-06-2026
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
09:00 / 15-06-2026
Azərbaycanda Milli Qurtuluş Günüdür
08:53 / 15-06-2026
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
08:48 / 15-06-2026
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
08:39 / 15-06-2026
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
08:31 / 15-06-2026
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
08:23 / 15-06-2026
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
11:04 / 13-06-2026
Türkiyə Ermənistanla sərhədi açdı
10:13 / 13-06-2026
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
10:06 / 13-06-2026
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
10:02 / 13-06-2026
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
09:57 / 13-06-2026
Emin Əmrullayev məzunları təbrik etdi
09:19 / 13-06-2026
Polis əməliyyat keçirdi
09:11 / 13-06-2026
Şuşada TDT Forumu keçirilir
09:01 / 13-06-2026
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
16:00 / 12-06-2026
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
15:30 / 12-06-2026
KTMT niyə Türkiyəni hədəf göstərdi?
15:11 / 12-06-2026
Azərbaycanda güclü zəlzələ oldu
13:05 / 12-06-2026
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12:09 / 12-06-2026
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
Növbəti antiterror əməliyyatı QAÇILMAZDIR... - “İrəvan sülhə məcbur edilməlidir”
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşü avqustun 31-də Moskvada baş tuta bilər.
Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Rusiya dairələrindən alınan məlumata görə, İlham Əliyev bu görüşdə Zəngəzur dəhlizi haqda məsələni qaldıracaq. Rusiyalılar hesab edir ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxtı uzatmağa imkan vermək niyyətində deyil”, - nəşr qeyd edib.
Qeyd edək ki, avqustun 19-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Müzakirələr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın vasitəçiliyi ilə baş tutub. Hikmət Hacıyevlə Armen Qriqoryanın Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçiriləcək görüşün detalları ilə bağlı bir sıra məsələləri razılaşdırdığına dair məlumat yayılıb. Bu isə Moskva danışıqlarında hər hansı sənədin imzalanacağı barədə proqnozları meydana çıxarıb. Xüsusilə də Nikol Paşinyanın yaxın günlərdə Zəngəzur dəhlizinin açılmasını elan edəcəyi xəbər verilir. Digər anlaşma Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması barədə ola bilər.
Əslində, bu öhdəlik 2020-ci il 10 noyabr Bəyanatının 4-cü bəndində nəzərdə tutulduğuna görə, yeni bir sənədin imzalanmasına ehtiyac yoxdur. Sadəcə, Azərbaycan sülh prosesinə mane olan səbəblərdən biri kimi bu problemin icrasını danışıqların əsas şərti kimi növbəti dəfə qaldıra bilər. Ona görə də Moskva görüşündə bu və ya digər razılaşmanın əldə olunacağına dair gözləntilər var. Dia.az-ın məlumatına görə, politoloq Teymur Qasımlı Cebhe.info-ya açıqlamasında bildirib ki, mövcud situasiyada Ermənistanın danışıqlar yolu ilə üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi inandırıcı görünmür. Ona görə də Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etməlidir:
“Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan Təhlükəsizlik Şurasının Brüsseldəki görüşü Avropa İtifaqının nümayəndəsi Toyvo Klaarın vasitəçiliyi ilə baş tutub.
Bunun Rusiyaya aidiyyatı yoxdur. Müzakirələrdə müsbət nəticələrin əldə olunduğu deyilsə də, mətbuata açıqlanmayıb. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın avqustun 31-də Moskvada görüşəcəyi haqda məlumatı isə Ermənistan mətbuatı yayıb. Yəni bu məlumat Azərbaycan tərəfindən rəsmən təsdiqlənməyib. Avqustun 31-ə hələ vaxt var. Ona görə də bu barədə dəqiq fikir söyləmək çətindir. Ermənistan mediası onu yazır ki, Zəngəzur dəhlizi məsələsi ilə bağlı İlham Əliyev masada çox qəti mövqe nümayiş etdirəcək və Ermənistandan bunu yerinə yetirməyi tələb edəcək. Moskva görüşündə Zəngəzur dəhlizi məsələsi gündəmə gəlsə belə, mən bunun yaxın müddətdə həll olunacağına inanmıram. Çünki İran buna kəskin etiraz edir. İran Zəngəzur dəhlizini özünün milli təhlükəsizlik və dövlət maraqlarına zidd hesab edir. Ona görə də yaxın müddətdə Zəngəzur dəhlizinin açılacağını düşünmürəm. Azərbaycan Prezidenti qeyd etdiyi kimi Ermənistan Zəngəzur dəhlizini istəmirsə, Azərbaycan da Laçın dəhlizini ləğv etməlidir.
Qeyri-qanuni silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasına gəlincə, bunu reallıqdan uzaq sayıram. Ermənistan son iki ildə silahlı birləşmələrin çıxarılacağına dair çox vədlər verib, amma əməl etməyib. Həmin bölgəyə səfər edən jurnalist Eynulla Fətullayevin açıqlamasına görə, sülhməramlıların polkovniki rəsmən ona deyib ki, hamının evində silah var. Ona görə də oradakı qanunsuz silahlı birləşmələrin çıxarılacağına inanmıram. Erməni silahlılarının mövcudluğuna son qoyulması yalnız “Qisas” əməliyyatında olduğu kimi Azərbaycan ordusunun güc tətbiq etməsi yolu ilə təmin edilə bilər. Bu səbəbdən, Moskva görüşü olsa belə, bunu Avropa İttifaqının danışılardakı moderatorluğuna qarşı Moskvanın alternativ addımı kimi dəyərləndirirəm. Biz özümüzü aldatmamalıyıq. Rusiya Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsini istəmir. Azərbaycan yalnız antiterror əməliyyatı aparmaqla Ermənistandan öz istədiyini ala bilər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-08-2022, 15:00 Oxunub: 100
Bölməyə aid digər xəbərlər
22-08-2022, 15:00
Ağır zərbədən sonra axtarılan sülh arayışları - İNCƏLƏMƏ...
6-08-2022, 09:30
Paşinyan Putini qınadı, Makronun “ətəyindən” tutdu: Əliyevin “dəmir yumruğu”ndan da qaça biləcəkmi…
2-04-2022, 10:30
Paşinyanın qorxduğu proses başladılır: Xankəndidən erməni silahlılar çıxarılacaq, Laçın dəhlizinə nəzarət olunacaq
31-03-2022, 09:39
Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb
15-03-2022, 08:35
Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?
29-09-2021, 11:08
Bakı-Ankara-İrəvan-Moskvanın pıçıltılı danışdıqları - Rosbalt
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO