10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Kanada Fələstin üçün 400 milyon dollar ayrılacağını açıqladı



Kanada hökuməti Fələstinə 400 milyon dollar maliyyə yardımı göstərəcəyini bəyan edib.

Bu barədə ölkənin baş naziri Mark Karni açıqlama verib.

Baş nazir bildirib ki, vəsaitin əsas məqsədi məhkəmə sisteminin və dövlət strukturlarının təkmilləşdirilməsi, həmçinin demokratikləşmənin təşviqi və iqtisadi dayanıqlığın təmin edilməsidir.

Bu açıqlama, Kanadanın Fələstin dövlətini rəsmi olaraq tanımasından sonra verilib və iki tərəf arasındakı diplomatik və maliyyə əlaqələrinin genişləndirilməsi ilə bağlı bir addım kimi qiymətləndirilir.

Tarix: 24-09-2025, 16:00 Oxunub: 31


Bölməyə aid digər xəbərlər